20 İyul 2015 16:54

Ukrayna Daxili İşlər naziri Arsen Avakov bəyan edib ki, MDB ölkələrində şübhəlilərin axtarışını Kiyev İnterpol beynəlxalq sistemi vasitəsilə aparmaq niyyətindədir, Rusiyanın nəzarət etdiyi MDB axtarış sistemindən isə imtina ediləcək.

Ukrayna DİN rəhbəri Arsen Avakov Facebook vasətsilə bəyan edib ki, Kiyev bundan sonra MDB ölkələrində şübhəlilərin axtarışını İnterpol beynəlxalq sistemi imkanlarından istifadə edərək aparacaq.
Rusiyanın nəzarəti altında fəaliyyət göstərən və qurulan MDB axarış sistemindən isə UKrayna DİN-i imtina etmək qərarına gəlib.

Arsen Avakovun Facebook səhifəsində yazdığına görə, UKrayna öz tərəfindən MDB icra strukturlarını bu barədə artıq məlumatlandırıb və bu ilin avqustun 24-dən başlayaraq müvafiq MDB sazişində iştrakına xitam verir.


Müəllif:
Загрузка...