21 İyul 2015 08:19

Ukraynanın Odessa şəhərinin yeni qubernatoru və Gürcüstanın eks prezidenti Mixail Saakaşvili öz ölkəsinin vətəndaşlığından imtina edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Odessa administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Denis Samıqin bildirib.

“Mixail Saakaşvili hazırda Gürcüstan vətəndaşlığından imtina ərəfəsindədir”- deyə o bildirib.

Qeyd edək ki, adı qalmaqallarda tez-tez hallanan Mixail Saakaşvili ölkəsində cinayət axtarışındadır.
.

Bu arada Saakaşvili tərəfindən müavin təyin edilən, məşhur rus suyasətçi Yeqor Qaydarın qızı Mariya Qaydar isə Rusiya vətəndaşlığından çıxmayacağını, lakin Ukrayna qanunlarına əsasən hərəkət edəcəyini bildirib.

Ukraynada ikili vətəndaşlığa ölkə konstitusiyasına əsasən icazə verilmir.


Müəllif:
Загрузка...