23 İyul 2015 10:55
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda əhalisinin əksəriyyəti şiələr olan məhəllələrə təşkil olunan bombalı hücumlar zamanı ən azı 21 nəfər həyatını itirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, birinci hücum Bağdadın qərbindəki Bayaa məhəlləsində baş verib. Bomba yüklü maşının partladılması nəticəsində 16 adam həyatını itirib, 30 adam da yaralanıb.

İkinci hücum isə paytaxtın şimal-şərqindəki Əl Şaab məhəlləsində olub və ən azı 5 nəfər ölüb, 16 nəfər də yaralanıb.

Hücumları hələki üzərinə götürən olmayıb.

Rüstəm


Müəllif: