23 İyul 2015 12:33
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nankin şəhərinin polisinə artıq dronlardan istifadə üzrə təlim keçilir.

Teleqraf.com "ICTnews"-a istinadən xəbər verir ki, son zamanlar bu pilotsuz uçan aparatlar müxtəlif dövlət xidmətləri və özəl şirkətlərin diqqətini cəlb edib.

Təhlükəsizlik və hüquqi məsələlərlə bağlı bəzi problemlərə baxmayaraq, Nankin polisi şəhərin küçələrində təhlükəsizliyin təmini üçün dronlardan istifadəyə dair qərar qəbul edib.

İlk polis dronları dəstəsi artıq öz xidməti işinə başlayıb və altı polis-operatordan ibarət komanda dronlardan istifadə bacarığını yüksəltmək üçün gündəlik məşqlər keçir.

Rüstəm


Müəllif: