23 İyul 2015 14:53
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda bu ilin əvvəlindən indiqə qədər 700 nəfərə yaxın adam edam olunub.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı məlumat yayıb.

Təşkilatdan bildiriblər ki, yarım il ərzində edam edilənlərin dəqiq sayı 694 nəfərdir. Ötən il ərzində də ölkədə bu qədər insan edam edilib.

"Əgər İran hökuməti edam hökmləri tətbiq etməyi bu sürətlə davam etdirərsə, onda ilin sonuna kimi, edam olunanların sayı 1000 nəfəri keçəcək", - təşkilatın direktor müavini Səid Bumedux bildirib.

Hüquq müdafiəçiləri onu da bildirib ki, İran hökuməti bu faktları gızlədir və bu ilin birinci yarımili ərzində 246 nəfərin edam edlidiyini bildirir.

İranda ölüm hökmü aşağıdakı cinayətlərə görə tətbiq olunur: qətl, cinsi təcavüz, silahlı qarət, küfür, kafirlik, narkotik ticarəti, heyvanla cinsi əlaqə, ailəyə xəyanət, vətənə xəyanət və casusluq, parnoqrafik materillar yaymaq.

Nihad


Müəllif: