24 İyul 2015 13:53
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çanaqqala şəhərində səhər saatlarında Rixter şkalası ilə 4.8, 4.4 ilə 3.3 bal gücünüdə ard arda 3 zəlzələ olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk titrəmə 05.39-da baş verib. Zəlzələdən qorxan sakinlər küçələrə çıxıb.

Mütəxəsislərin veridiyi məlumata görə, qarşıdakl 10 gün ərzində 3.5-4.0 bal gücündə zəlzələlərin davam edəcəyi gözlənilir.

Zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Rüstəm


Müəllif: