24 İyul 2015 14:19
3 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində internet üzərindən tanış olan gənc oğlan və qız elə ilk görüşdəcə dalaşıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sevgililər bir-birini profilinə saxta, fotoşopla düzəldilmiş şəkil qoymaqda ittiham ediblər.

Videonun dəqiq olaraq Çinin hansı şəhərində çəkildiyi bilinmir. Ancaq sosial şəbəkələrdə və youtube-də yayılan rolik artıq kifayət məşhurlaşıb.

"Mən səni vurdum, hə, nə olsun ki? Məni barmaqla göstərməmişdən öncə özünə bax!" videodakı qadın deyib.

Cavabında oğlan cibindən telefonunu çıxaraq ətrafdakılara qızın profil potosunu göstırib: "Bunun şəklinə və özünə baxın, görün fotoda və həyatda necə fərqli görünür”.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: