24 İyul 2015 15:36
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə baş verən terrordan sonra rəsmi Ankaranın Suriya ərazisində hərbi əməliyyatlar aparacağı gözlənilən idi. Amma terror aktından sonra Türkiyənin İncirlik bazasını Amerikanın üzünə açması bir müsəlman ölkəsi üçün o qədər də başucalığı gətirməyəcək. Belə çıxır ki, müsəlman ölkəsi digər müsəlman ölkəsini xristian dövlətin əli ilə vurur".

Bunu politoloq Qabil Hüseynli Türkiyənin İraq və Suriya ərazilərində hərbi əməliyyatlar keçirməsinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Türkiyə bu addımı vaxtında atmalı idi: "Heç bir ölkə istəməz ki, onun qonşuluğunda təhlükə mənbəyi, radikal qruplaşmalar olsun. Əslində, bu məsələdə Türkiyə çox səbr nümayiş etdirdi. İki ilə yaxındır ki, İŞİD bölgədə at oynadır, dinc əhalini qırır, amma Türkiyə adekvat addımlar atmır. Türkiyə gözləyirdi ki, İŞİD Əsəd rejiminin axırına çıxıcaq, amma gözləntilər özünü doğrultmadı. Əksinə, İŞİD Türkiyənin özü üçün təhlükə mənbəyinə çevrildi".

Q.Hüseynliyə görə, Türkiyənin Suriyadan sonra İraq ərazisinə girmək ehtimalı var: "Bölgədə kürdlər güclənir. Onlar yeni dövlət yaratmaq məsələsində daha ciddi addımlar atmaq istəyirlər. Təəssüflər olsun ki, ABŞ, Almaniya, İsrail kimi ölkələr bu məsələdə kürdlərə dəstək verirlər. Türkiyə bundan narahatdır. Çox güman ki, Türkiyə kürdlərin yaşadığı bölgələrdə hərbi əməliyyatlar keçirib, əzələ nümayiş etdirəcək".

Ruslan


Müəllif: