24 İyul 2015 21:55
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Qazprom” şirkəti “Türkmenqaz” şirkətini Stokholmdakı arbitiraj məhkəməyə verib. Şirkət rəsmisi bunun qiymətlə bağlı olduğunu bildirib, amma əlavə açıqlama verməyib.

“Türkmenqaz” bu ilin fevralında “Qazprom”u 2015-ci ildən başlayaraq ödəniş etməməkdə günahlandırmışdı. Amma “Qazprom” həmin vaxt məsələyə münasibət bildirməmişdi.

“Qazprom” Türkmənistandan daxili təlabat və satmaq üçün qaz alır. Amma Türkmənistan Çinə qaz ixracını artırdığından bu il Rusiyaya verilən qazın həcmi azalıb.

Forbes jurnalının yazdığına görə, Rusiya qazın hər 1000 kub metrini Türkmənistandan təxminən 240 dollara alır. Türkmənistan hazırda Çinə il ərzində 30 milyard kubmetrədək qaz satır və bunu 2020-ci ilədək iki dəfə artırmaq fikrindədir.

“Qazprom” isə 2018-ci ildən Çinə qaz satmağı planlaşdırır və bunu getdikcə illik 38 milyard kubmetrə çatdırmaq fikrindədir. Türkmənistan hazırda qaz ehtiyatına görə dünyada dördüncüdür.


Müəllif: