25 İyul 2015 09:30

Türkiyənin şərqində yerləşən Diyarbəkir və Həkkəri vilayətlərində polislərə hücüm ediblər.

Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, hər iki vilayətdə polislərə əl qumbaraları atılıb.

Hücum nəticəsində Diyarbəkir vilayətində 7 polis yaralanıb, Həkkəri vilayətində isə 2 polis işçisi yaralanıb.

Hər vilayətdə irimiqyaslı əməliyyat başlanılıb.


Müəllif:
Загрузка...