25 İyul 2015 11:18
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Talqar şəhəri yaxınlığında minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yol qəzası bu gün təqribən səhər saat 04:00-da baş verib. Minik avtomobilinin sürücüsü qaydanı pozaraq salonda 9 nəfər sərnişin daşıyıb. Ölənlərin hamısı minik avtomobilinin sərnişinləri və sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: