26 İyul 2015 01:45
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən Dağıstan əsilli Rusiya vətəndaşı Abdulla Abdullayev həbs edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, A. Abdullayev Avropa və dünyanın bir çox ölkəsindən İŞİD terror təşkilatına qatılmaq üçün Türkiyəyə gələn xarici vətəndaşların İraq və Suriyaya keçirilməsini təşkil edirmiş.

Qeyd edək ki, terrorçularla mübarizə sahəsində Türkiyənin bir çox vilayətində iyulun 24-dən başlayan əməliyyatlar davam edir.

Son məlumatlara əsasən, 5 min polis əməkdaşının cəlb edildiyi əməliyyat zamanı 104 nəfər şübhəli şəxs qismində saxlanılıb.


Müəllif: