26 İyul 2015 10:21
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.


APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Diyarbakır-Bingöl yolunda, Lise rayonu ərazisində qeydə alınıb.


Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.


Yaralanan əsgərlər Lice Xəstəxanasına, sonra isə Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti Tibb Xəstəxanasına çatdırılıblar.


Bölgədə vəziyyətin gərgin olduğu bildirilir. Hadisə ilə əlaqədar Türkiyə ordusu hərbi təyyarələrin iştirakı ilə əməliyyata başlayıb.


Müəllif: