26 İyul 2015 19:59
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barack Obama Keniyaya səfərinin sonunda etdiyi çıxışnda ölkənin əldə etdiyi nailiyyətləri alqışlayaraq qarşıda duran sınaqları da qeyd edib.

BBC xəbər verir ki, Obamanın təbirincə, Kenya son onilliklər ərzində iqtisadi və siyasi cəhətdən xeyli irəliləyib.

Eyni zamanda, ABŞ prezidenti xəbərdarlıq edib ki, korrupsiya, terrorçuluq, etnik ziddiyyətlər, tayfaçılıq, yerliçilik kimi hallar ölkənin gələcəyi üçün təhlükə kəsb edə bilər.

Obamanın Keniyaya səfəri cümə günü başlayıb, və onun ata yurduna prezident qismində ilk səfəridir.
Keniya prezidentilə danışıqlardan sonra hər iki lider "terrora qarşı mübarizədə" ölkələrinin birgə olduğunu qeyd ediblər.

Bazar günü prezident Obama Keniyadan Efiopiyaya yollanacaq. O Efiopiyaya rəsmi səfərə gələn ilk ABŞ prezidenti olacaq.

Çərşənbə axşamı isə Efiopiyada Afrika Birliyinin sammiti keçiriləcək.


Müəllif: