27 İyul 2015 10:59

Türkiyənin Şimali İraqda PKK-ya qarşı həyata keçirdiyi hava əməliyyatlarına Ağ Evdən reaksiya verilib.

Teleqraf.com-un xəbərinə görə, Ağ Evin beynəlxalq təhlükəsizlik şurasının sözçüsü Alistair Baskey "Sabah" qəzetinə açıqlamasında PKK-nı terror hücumlarını dayandırmağa və Türkiyə ilə sülh danışıqlarına başlamağa çağırıb:

"Terror təşkilatı kimi tanıdığımız PKK-nın Türkiyədə həyata keçirdiyi terror aktlarını qınayırıq. Türkiyənin özünü müdafiə haqqına hörmətlə yanaşırıq".

Alistair Baskey Türkiyə və PKK-nın gərginliyi azaltmasının vacib olduğunu da bildirib.

Bu açıqlamadan sonra ABŞ xarici işlər nazirinin müavini Brett McGurk da Twitter-dən mövzu ilə bağlı fikilərini paylaşıb: "PKK-nın Türkiyədəki terör aktlarını qətiyyətlə pisləyirik. Türkiyənin özünümüdafiə haqqına hörmətlə yanaşırıq. Türkiyənin PKK-ya qarşı hava əmliyyatları və ABŞ-la Türkiyənin İŞİD-ə qarşı işbirliyi arasında heç bir əlaqə yoxdur. Türkiyə və digər müttəfiqlərimizlə İŞİD-ə qarşı əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirik".

Nihad


Müəllif:
Загрузка...