27 İyul 2015 13:32
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk tankları Suriyanın şimalında kürd silahlılarının nəzarətindəki kəndi bombalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Frans-Press xəbər agentliyi yayıb. Hadisəni təsdiqləyən YPG Türkiyədən "hücumları dayandırmasını" istəyib.

Agentlik Hələb vilayətindəki Zor Mağar kəndinin gecə saatlarında vurulduğuna dair məlumatı Suriya İnsan Haqları Mərkəzinə əsasən yayıb.

Türkiyə sərhədindəki kəndin PKK-nın Suriya qolu PYD-yə tabe olan YPG-nin nəzarətində olduğunu bildirilib.

Suriya İnsan Haqları Mərkəzi hadisə zamanı YPG ilə birlikdə İŞİD-ə qarşı vuruşan qrupundan dörd nəfərin yaralandığını qeyd edib.

Rüstəm


Müəllif: