27 İyul 2015 13:40
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrlə münasibətlərdən danışıb. Kreml rəhbərinin fikrincə, Moskva qonşuları ila əlaqələri genişləndirmək fikrindədir.


Axar.az xəbər verir ki, Rusiyanın Kalininqrad şəhərində çıxış edən Putin Litva, Latviya, Estoniya və Polşa ilə əlaqələri dəyərləndirib. Rusiya lideri ölkələr arasında səmimi rəqabət mühiti yaratmağın vacib olduğunu deyib:

“Bu ölkələrin və bizim Kalininqrad bölgəmizin sahib olduğu üstünlüklərdən məhsuldar şəkildə istifadə etmək lazımdır. Səmimi rəqabət mühitinin olması vacibdir. Hər kəsin problemləri var. Onların (qonşuların-red) problemləri var deyə, sevinmək lazım deyil. Öz problemlərimizin həllinə baxmalıyıq”.


Müəllif: