27 İyul 2015 19:43

ABŞ-la Türkiyə Suriyanın şimalında bufer zonasının yaradılması haqqında razılıq əldə ediblər.

APA-nın məlumatına görə, bu barədə “Frans Press”ə ABŞ-ın yüksək çinli məmuru bildirib.

“Məqsəd “İslam dövləti”ndən azad zona yaratmaq, habelə Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik və sabitliyi təmin etməkdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbi təyyarələri “İslam dövləti”nin Suriyadakı mövqelərinə zərbələr endirməkdə davam edir.


Müəllif:
Загрузка...