28 İyul 2015 10:44
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muş əyalətinin Malazgird qəsəbəsi qarnizonunun komandiri terrorçuların silahlı hücumu nəticəsində şəhid olub.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə jandarma rəisi mayor Alsan Kulaksızın ailəsi ilə birlikdə evə gədrkən baş verib. Avtomobilində nasazlıq yaradığı üçün maşından enən Aslan Kulaksızı pusquda duran terrorçular güllələyiblər. Həmin zaman avtomobildə olan qızı da yaralanıb.

Alsan Kulaksız aldığı yaralardan xəstəxanada vəfat edib.

Əyalətdə terrorçuların tutulması məqsədilə irimiqyaslı əməliyyat başlanılıb.

Rüstəm


Müəllif: