28 İyul 2015 14:45

Liviya məhkəməsi 2011-ci il inqilabı zamanı baş vermiş hərbi cinayətlərlə bağlı polkovnik Qəddafinin oğlu Saif əl-İslam Qəddafi və daha 8 nəfərə ölüm cəzası kəsib. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, devrilmiş liderin oğlu ilə yanaşı məhkəməyə polkovnik Qəddafinin onlarla yaxın tərəfdarı çıxarılıb.

Onlar kütləvi çıxışların yatırılmasında ittiham olunurlar. Zintan şəhərində onu buraxmaqdan imtina edən üsyançı qrupun əlində olan Saif əl-İslam Qəddafi prosesdə bilavasitə iştirak etməyib və ifadələrini video-əlaqə vasitəsilə verib.

Məhkəməyə həmçinin Qəddafi hökumətində kəşfiyyat xidmətinin rəhbəri və sabiq baş nazir Bağdadi əl-Mahmudi çıxarılıb. Onlara apellyasiya ilə çıxış etmək haqqı veriləcək.

Məhkəməyə cəlb edilən başqa şəxslərə 5 ildən ömürlük həbs cəzasına kimi müxtəlif cəzalar kəsilib.


Müəllif:
Загрузка...