28 İyul 2015 15:10
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK Türkiyənin Mardin bölgəsinin Darkeçid qəsəbəsində bələdiyyə binasına raket və ağır silahlarla hücum edib.

Publika.az xəbər verir ki, hücum zamanı binada heç kim olmadığı üçün ölən və yaralanan olmayıb. Polis hücum edən PKK terrorçularının axtarışına başlayıb.

PKK eyni zamanda Muş – Kulp yolu üzərindəki iki körpünü də partladıb. Bu körpülər iki bölgə arasında əsas keçid idi. Bölgəyə əlavə güvvələr yeridilib.


Müəllif: