28 İyul 2015 21:48
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prokurorluğu iyulun 28-də ABŞ-ın “Demokratiya uğrunda milli fond” (NED) təşkilatının ölkədə fəaliyyətini qadağan edib.

Baş prokurorun müavini Vladimir Malinovsky Ədliyyə nazirliyinə bu qeyri-hökumət təşkilatının qeydiyyatının ləğvini göstəriş verib.

Qeyd edək ki, prezident Vladimir Putin bu ilin mayında xarici QHT-lərlə bağlı müvafiq qanun imzalayıb. Hüquq müdafiəçiləri bu qanunu vətəndaş cəmiyyətinin boğulmasına yönəlmiş addım kimi qarşılayır.

Hakimiyyət isə bunun Rusiyanın təhlükəsizliyinə əngəl olan xarici QHT-lərə qarşı yönəldiyini deyir.

Prokurorluğun bəyanatında deyilir ki, “NED” təşkilatı Rusiyanın konstitusion dövlət sistemi, dövlətin müdafiə və təhlükəsialiyini təmin etməsinə xüsusi təhlükə yaradır.


Müəllif: