29 İyul 2015 00:52
370

Ermənistanı yenidən etiraz dalğası bürüyüb. İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxanlar meydanlara toplaşıblar. “Ayağa qalx, Ermənistan” hərəkatının yüzlərlə fəalı şəhərin mərkəzi küçəsində etiraz aksiyalarına başlayıblar.

Yetmiş iki saatlıq oturaq piketin iştirakçıları hökuməti xalqı talamaqda ittiham edir. Polis vətəndaş hərəkatının fəallarına mane olmağa çalışıb. İrəvan şəhər polis rəisinin müavini Valeri Osipyan fəallara Azadlıq meydanının başqa sahəsində nümayiş keçirməyi təklif edib. Nümayişçilər isə bununla razılaşmayıblar.

Vətəndaş hərəkatının fəalları Ermənistan prezidentini yalançı və soyğunçu adlandırıblar. Onlar bildiriblər ki, Serj Sərkisyanın iyunun 27-də etdiyi çıxışdan bir ay keçsə də, elektrik enerjisi taariflərinin aşağı salınması məsələsinə hələ də aydınlıq gətirilməyib. Bu səbəbdən də “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatının məsləhət şurası oturaq piket keçirməyə qərar verib. Baqramyan prospektində aksiyalar zamanı vətəndaşlar tərəfindən irəli sürülmüş bütün tələblər yenidən qaldırılıb.
Aksiya iştirakçıları konstitusiya islahatlarına qarşı mübarizəyə də başlamaq niyyətindədirlər.

Səxavət


Müəllif: