29 İyul 2015 13:59
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha bir hərbi qulluqçu terrorçuların silahlı hücumuna məruz qalıb.

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, baş çavuş Nazim Altın işə gedərkən güllələnib.


Hadisə Ərzurum vilayətinin Xorasan mahalında baş verib. “Üçyol” deyilən ərazidə avtomobili xarab olan hərbi qulluqçu maşından düşən kimi başqa bir avtomobildən ona atəş açılıb.

Yaralanan hərbçi Xorasan Dövlət Xəstəxanasına çatdırılıb.

Ərazidə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başlayıb.

Xatırladaq ki, dünən də bir türk hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb. Başından ağır yara alan hərbçi xəstəxanada dünyasını dəyişib.


Müəllif: