29 İyul 2015 19:06
2 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın “zirehli kobra” avtomobilinə raketlə hücumu zamanı yaralanan 3 türk əsgərindən biri şəhid olub.

Publika.az xəbər verir ki, hücumdan dərhal sonra xəstəxanaya aparılan əsgərlərdən birinin həyatını qurtarmaq mümkün olmayıb.

Qeyd edək ki, bu gün Ağrı bölgəsinin Doğubayazit qəsəbəsində PKK tərəfindən zirehli avtomobilin raket atəşinə tutulması nəticəsində 3 əsgər yaralanmışdı. Həmçinin Ərzurum vilayətinin Horasan qəsəbəsində türk zabiti şəxsi avtomobili ilə xidmət yerinə gedərkən silahlı hücuma məruz qalıb. Son günlər PKK hücumları nəticəsində Türkiyə ordusu 10-dan çox şəhid verib.

Yayılan məlumatlara görə, Türkiyə Ordusu PKK-ya qarşı növbəti əməliyyatlara hazırlaşır.


Müəllif: