29 İyul 2015 22:10
3 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı təşkil etdiyi son hava hücumunda raketlərə terrorçular tərəfindən öldürülən polislərin adları yazılıb.

Axar.az xəbər verir ki, gecə saatlarında həyata keçirilən hava əməliyyatında raketlərə şəhid olan polislər - Necdət Aydoğdu, Müsəllim Ünal, Okan Acar, İsmayıl Yavuz, Məhmət Koçak, Feyyaz Yumşaq, Yalçın Nanə, Tansu Aydın, Məhmət Fatih İti və Arslan Yavuzun adları yazılıb.

Qeyd edək ki, hava hücumu zamanı PKK-nın Zap, Metina, Gara, Avaşin-Basyan, Hakurk və Qəndildəki mövqeləri vurulub.


Müəllif: