30 İyul 2015 10:25
308

BMT-nin Demoqrafiya məruzəsində deyilir ki, Yer kürəsinin əhalisinin sayı əsrin sonunadək 11,2 milyarda çatacaq.

Teleqraf.com bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.

Məruzədə qeyd olunur ki, 2030-cu ildə bu göstərici 8,5, 2050-ci ildə isə 9,7 milyard təşkil edəcək.

Ekspertlərin hesablamalarına əsasən, 2022-ci ildə əhalinin sayına görə Hindistan Çini keçəcək. Nigeriya isə 2050-ci ildə ABŞ-ı keçərək, dünyada əhalisinin sayına görə 3-cü olacaq.

Rüstəm


Müəllif: