30 İyul 2015 11:19
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəsmiləri Krımın tatar liderlərinin ölkədən çıxışına qadağa qoyub. Liderlər bu həftəsonu Ankarada planlaşdırılan ümumdünya konqresində iştirak etməliydilər.

Krım Tatar Assambleyasının (Qurultay) Mərkəzi Seçki Komissiyasının sədri Zair Smedlyaev və Krım tatarlarının Məclisi rəhbərinin birinci müavini Nariman Celal iyulun 28-də Rusiyanın Krımdakı istintaq komitəsindən çağırış vərəqəsi alıblar.

Sənəddə deyilir ki, Smedlyaev və Celal ötən ilin fevralında baş vermiş toqquşmalarla bağlı avqustun 1-də komitədə ifadə verməlidirlər. O zaman regional parlament yaxınlığında Krım tatarları, ukraynapərəsət və rusiyapərəst fəallar toqquşmuşdular.

Krım tatarlarının Ümumdünya Konqresi avqustun 1-2-də keçiriləcək. Müxtəlif ölkələrdən 200 Krım tatar qrupu toplantıya qatılacaq.

Smedlyaev deyib ki, məqsəd onların tədbirdə iştirakının qarşısını almaqdır.


Müəllif: