30 İyul 2015 12:58
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva, Latviya və Estoniya səmalarını qoruyan NATO təyyarələri Rusiya qırıcıları ilə qarşı-qarşıya gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Baltik dənizi üzərində uçuş aparan NATO təyyarələri gün ərzində 12 dəfə Litva sərhədinə yaxınlaşan Rusiya təyyarələri ilə qarşı-qarşıya gəlib.

Litva Müdafiə Nazirliyi bildirlib ki, sərhəddə yaxın hava məkanında Rusiyaya məxsus 3 yük, 4 qırıcı və 4 döyüş təyyarəsi aşkar edilib.

Qeyd edək ki, NATO təyyarələri 2004-cü ildən başlayaraq Litva, Latviya və Estoniya hava məkanlarını qorumağa başlayıb.

Rüstəm


Müəllif: