30 İyul 2015 19:25

Türkiyənin Şırnak vilayətində 3 hərbçinin öldürülməsindən sonra Türkiyə ordusuna məxsus helikopterlər PKK düşərgələrinə havadan zərbələr endirməyə başlayıb.


APA-nın “Milliyet” qəzetinə istinadən xəbərinə görə, vilayətdə irimiqyaslı hərbi əməliyyatlara start verilib. Türkiyənin “Kobra” helikopterləri Şimali İraqdakı Küpəli dağındakı PKK terrorçularının yerləşdiyi mövqeləri havadan bombalayıb.


İraq Kürdüstan Vətənsevərləri Birliyinin (IKYB) internet saytında verilən xəbərə görə isə helikopterlər PKK-nın Zap, Metina ve Haftanin bölgələrindəki düşərgələrinə də havadan zərbələr endirib.

Qeyd edək ki, bu gün Türkiyənin Şırnak vilayətində hərbçilər terror hücumuna məruz qalıb. Terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.


Müəllif:
Загрузка...