31 İyul 2015 12:01
840

Adanada Polis bölməsinə edilən hücum zamanı 2 polis şəhid olub.


Teleqraqf.com "Hürriyet"ə istinadən xəbər verir ki, hücum gecə saatlarında olub. PKK silahlılarının 8 nəfərdən ibarət olduğu bildirilib. Atışma zamanı polis əməkdaşları İsa İpək və Sərdar Kazar şəhid olub. Polis İdarəsi binasının həyətinə hasardan tullanaraq girən 2 PKK-lı da öldürülüb.

Öldürülən terrorçuların üzərindən 2 "Kalaşnikov" avtomatı, 1 tapança və 4 əl qumbarası tapılıb.

Qeyd edək ki, şəhid polis əməkdaşı İsa İpəyin 2 aylıq və 4 yaşlı uşaqları var.

Teleqraf.com xain hücumun videosunu təqdim edir:

Rüstəm


Müəllif: