31 İyul 2015 15:07

Türkiyənin Şırnak və Qaziantep şəhərlərində Suriya sərhədində yerləşən bəzi məntəqələr müvəqqəti təhlükəsizlik bölgəsi elan olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şırnak Valiliyi icra olunacaq əməliyyatlar zamanı vətəndaşlara dəyən ziyanın qarşısını almaq və bölgədə təhlükəsizlik güclərinə hərəkət sərbəstliyi təmin etmək məqsədilə 15 gün müddətinə 5 bölgəni müvəqqəti təhlükəsizlik bölgəsi elan edib.

Qaziantep Valiliyi də, 2 bölgənin 10 gün müddətinlə xüsusi təhlükəsizlik bölgəsi elan edilməsinə qərar verib.

Valiliydən verilən məlumata görə, son günlər Suriya sərhədində təhlükəsizlik vəziyyətini dəstəkləmək, habelə vətəndaşların can, mal varlığının təmin edilməsi, ola biləcək təhdid və təhlükələri aradan qaldırmaq məqsədiylə belə qərar verilib.

Rüstəm


Müəllif:
Загрузка...