31 İyul 2015 22:14
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Konstitusiya məhkəməsi hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı düzəlişlərin konstitusiyaya zidd olmadığını qərara alıb.

Konstitusiya məhkəməsinin sədr müavini Vasyl Bryntsev iyulun 31-də bu düzəlişlərin konstitusiyanın 157 və 158-ci maaddələrinə uyğun olduğunu bildirib.

O qeyd edib ki, bu ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı deyil.

Brntsev həmçinin bildirib ki, ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərinin bir sıra ərazilərinə özünüidarə statusu ayrıca qanunla tənzimlənəcək.

Ukrayna parlamenti iyulun 16-da prezident Poroshenkonun təklif etdiyi bu düzəlişlərin Konstitusiya məhkəməsinə göndərilməsinə səs vermişdi.

Düzəliş layihəsində rusiyapərəst separatçıların nəzarətində olan bu bölgələrə özünüidarə statusunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.

Bu həmdə bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.


Müəllif: