31 İyul 2015 22:46
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki məsələnin bu həddə gəlməsində Ərdoğan günahkardır.

Axar.az xəbər verir ki, bunu “Radikal” qəzetinə açıqlamasında PKK-nın Avropa üzrə əsas nümayəndələrindən biri hesab edilən Rəmzi Kartal söyləyib.

Onun sözlərinə görə, kürd məsələsi axır-əvvəl demokratik formada həll ediləcək: “Bunun nə zaman olacağını bilmirəm. PKK-nın məqsədi savaşmaq deyil. Bizim məqsədimiz siyasi həll, sülh və azadlıqdır. Sülh və həll istəyirik. PKK-nı danışıqlar masasına qaytarmaq istəsələr, biz buna hər zaman hazırıq. Bombalanma dayansa, Öcalan üzərindəki qadağalar aradan qalxsa, biz masaya yenidən oturacağıq.

Baxın, Türkiyə belə bombalamaları çox etdi, amma bu hücumlar heç bir şeyi dəyişmir, dəyişməyəcək. Türkiyədə sülh əldə edilməməsinin digər səbəbi Məclisdə AKP-MHP çoxluğunun olmasıdır”.


Müəllif: