1 Avqust 2015 10:01
760

Türkiyə Hava Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı 28 qırıcı ilə hava hücumları təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı təşkilata məxsus 65 hədəf məhv edilib. Hücumlar nəticəsində 260 terrorçunun öldürüldüyü, 400-dən çoxunun isə yaralandığı bildirilib.

Yaralananlar arasında Xalq Demokratlar Partiyasının keçmiş sədri Selahettin Demirtaşın qardaşı Nureddin Demirtaşın da olduğu açıqlanıb.

Samir


Müəllif: