1 Avqust 2015 13:00
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsgərləri İordan çayının qərb sahillərində 14 yaşlı fələstinlini güllələyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə fələstinlilərlə İsrail ordusu arasında yaranan toqquşma zamanı baş verib.

İsrail tərəfi yeniyetmənin israillilərə qarşı "Molotov kokteyli" atmaq istədiyini və əsgərlərin buna görə ona atəş açdığını bildirib.

Qeyd edək ki, son iki gündə toqquşmalar zamanı iki fələstinli yeniyetmə öldürülüb.

Samir


Müəllif: