1 İyun 2014 10:58
876

Afrikadan Avropaya axın edən mühacirlərin sayı son 5 ayda iki dəfə artıb.

Mühacirlər qitəyə ayaq basmaq üçün əsasən, İtaliyanı qapı olaraq görürlər. Ötən gün İtaliyanın sahil mühafizə xidməti Aralıq dənizi sularından əsarətdə qalan 450 mühaciri xilas ediblər.

Rəsmilərin sözlərinə görə, xilas olunan mühacirlərin əksəriyyəti, Liviya vasitəsilə qitəyə axın edən suriyalılar olub. Təkcə bu həftəsonu Siciliyaya 3300-ə yaxın mühacir yerləşdiriləcəyi gözlənilir. Rəsmilər son 5 ayda İtaliyaya 43 mindən çox mühacirin gəldiyini məruzə ediblər. Bu isə, 2013-cü ildə ümumilikdə qitəyə axın mühacirlərin 2 qatına bərabərdir.

2013-cü ilin oktyabr ayında Lampeduza sahillərində 366 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra İtaliyanın xilasetmə missiyası, demək olar ki, hər gün davam edir./anspress/


Müəllif: