1 İyun 2014 20:05
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Donetskdə hava limanında həlak olan yoldaşlarının cəsədini çıxarmaq istəyən separatçılardan 6 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İTAR-TASS-a "Donetsk Xalq Respublikası"nın mətbuat xidmətindən məlumat verilib.

"Ölənləri çıxarmaq istərkən, Ukrayna əsgərləri "DXR" könüllüləri və "təcili yardımı" atəşə tutub, 6 nəfər həlak olub", - "DXR"in mətbuat xidmətindən bildiriblər. Xəbərə görə, "DXR" rəhbərliyi hava limanına bitişik ərazidəki cəsədləri çıxarmaq üçün tezliklə "Qırmızı Xaç"dan kömək istəyəcək.

"DXR" rəhbəri Aleksandr Boroday hava liman sahəsində döyüşlərdə 60 könüllü və 20 yerli sakinin öldürüldüyünü bildirib. O, Ukrayna hüquq-mühafizə orqanlarının nəzarəti altında olan hava limanında snayperlər olduğunu deyib: "Hazırda hava limanına giriş mümkün deyil, hər gün burada adam ölür. Ölənlərin sayı ilə bağlı heç bir dəqiq rəqəm demək mümkün deyil".

Nihad


Müəllif: