1 İyun 2014 20:42
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfindən işğal edilən Krım yarımadası iyunun 1-dən rubla keçib.


Teleqraqf.com bildirir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mayın 27-də imzaladığı və Ukrayna milli pul vahidi qrivnanın Krımda sərbəst tədavül müddətinin məhdudlaşdırılmasını nəzərdə tutan qərar bu gün qüvvəyə minib. Artıq Krımda yerləşən mağazalar və bazarlardaki qiymət etiketlərində də rubl yazılır. Kassalarında qrivna olan şirkət sahibləri də erkən saatlarda pullarını rubla çevirib.

Qeyd edək ki, Krımın Rusiyaya ilhaqından sonra yarımadada həm Ukrayna pulu qrivna, həm də rus rublu istifadə edilirdi.


Müəllif: