1 İyun 2014 22:58

Çeçenistan prezidenti Ramzan Kadırov bəyan edib ki, əgər o Ukraynaya hərbçi göndərsəydi, onlar barədə Donetskdə deyil, Kiyevdə xəbər tutardılar. Onun sözlərinə görə, Çeçenistanda 74 min könüllü Ukraynaya getmək üçün müvaiq əmr gözləyir.

Çeçenistan prezidenti həmçinin 14 çeçenin Ukraynanın cənub-şərqində keçirilən hərbi əməliyyatlarda iştirak etdiyini də etiraf edib və bu adamların könüllü olduqlarını bildirib.

«Rəsmi şəkildə deyirəm, orda bir nəfər belə çeçen göndərməmişəm. Əgər əmr olsa, bizdə 74 min çeçen Ukrayna ərazisində qayda-qanun yaratmaq üçün ora geməyə hazırdır. Getmək istəyənlər çoxdur, onların dayandırmalı oluruq. Əgər qarşısını almasaq, ora gedənlərin sayı 14 yox, 400, yaxud 4000 olardı. Könüllü həddən artıq çoxdur», - deyə o bildirib. /musavat/


Müəllif: