2 İyun 2014 00:42
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın orbital teleskopı maraqlı görüntülər əldə edib.

Teleqraf.com bildirir ki, NASA-nın orbital teleskopu günəşə tərəf hərəkət edən və onun içindən çıxan UNO görüntüsü əldə edib. Astrofiziklərin sözlərinə görə, bu, plazmanın hissələridir, lakin ufoloqlar bununla razılaşmır. Onlar bildirirlər ki, yadplanetli gəmilər ulduzu tədqiq edirlər və hətta ola bilər ki, gəmilərin hərəkət etdirilməsində ulduzların enerjisindən istifadə edirlər. Bu obyektlərin forması dəyirmidən düzbucaqlıya kimi müxtəlif olur. Ən qəribəsi isə odur ki, bu obyektlər öz formasını saxlayaraq ulduza daxil ola və çıxa bilir.


Qeyd edək ki, günəş bu günə kimi ən zəif tədqiq edilmiş obyektlərdən biri olaraq qalmaqdadır.


Müəllif: