18 Aprel 2014 22:14
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada güclü zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, ABŞ Geologiya xidmətinin məlumatına görə, zəlzələnin gücü Rixter şkalası ilə 7,5 bal olub.

Zəlzələnin episentri qərbi Qerrero ştatında yerləşir. Bu, Akapulko kurortunun yaxınlığında yerləşir. İnsan ölümü və dağıntılar barədə məlumat hələ ki, yoxdur.

Ölkənin paytaxtı Mexiko şəhərində evlər 30 saniyə ərzində silkələnib, şüşələr partlayaraq dağılıb. İnsanlar təlaş içində küçəyə qaçıblar.


Müəllif: