3 İyun 2014 14:35
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Suriyada prezident seçkiləridir.

Teleqraf.com xəbər verir ki, artıq Suriya dövlət başçısı Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd səsvermədə iştirak edib. Şamdakı məktəblərin birində səs verən cütlüyün ölkədə 3 ildir vətəndaş müharibəsi getsə də, səs verərkən gülər üz siması diqqətdən yayınmayıb.

Seçkiləri müxalifət və Qərbin tanımasa da, Bəşər Əsəd yenə də favorit namizəd sayılır. Əsədlə mübarizəyə iş adamı və keçmiş nazir Həsən Əl Nuri və sabiq deputat Mahir əl Haccər qoşulub.

2011-ci ildən bu yana Suriyada 160 mindən çox adam dünyasını dəyişib və 2 milyon insan müxtəlif düşərgələrdə məskunlaşıb. Suriyadakı seçkilərdə isə yalnız Əsədin nəzarətində olan bölgələrin sakinləri iştirak edəcək.

Əsədin rəqibi 54 yaşlı Əl Nuri Fransanın “Le Figaro” qəzetinə danışıb. Əsədlə siyasətinin tamamilə fərqli olduğunu deyən keçmiş nazir bununla belə Əsədə qarşı olmadığını dilə gətirib: “Xüsusilə iqtisadi siyasətinin pis olduğunu düşünürəm”.

Prezidentliyə iddialı 43 yaşlı Əl Haccər isə terrorizmə qarşı mübarizə və milli suverenlik məsələlərində Əsəd hökuməti ilə həmfikir olduğunu söyləyib. O, bu iki mövzu xaricində digər məsələlərdə hazırki prezidentlə razılaşmadığını bildirib.

Onu da qeyd edək ki, Suriyada səs vermə 13 şəhərdə saat 07:00 –da başlayıb.

Ölkə daxilində 9 min 601 məntəqədə 11 min 776 səsvermə qutusu qoyulub.


Müəllif: