3 İyun 2014 16:00
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk Hava Yolları" aviaşirkəti Liviyanın Benqazi şəhərinə reysləri təxirə salıb.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Aviaşirkətin bütün reysləri Benqazidə terror hücumlarının sayının artması səbəbindən iyunun 15-dək təxirə salınıb.

Bir müddət əvvəl Türkiyə XİN ölkə vətəndaşlarını Liviyaya səfərlərdən çəkinməyə çağırmışdı.


Müəllif: