3 İyun 2014 23:20
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ay ərzində Türkiyənin müdafiə konsernləri iki yeni pilotsuz təyyarəni uğurla sınaqdan keçirib.


Teleqraf.com bildirir ki, “Vestel” korporasiyası Türkiyə ordusunun sifarişi ilə hazırlanmış “Karayel” taktiki pilotsuz təyyarəsinin sınağından danışıb. “Karayel” Türkiyənin NATO standartlarına cavab verən ilk pilotsuz təyyarəsidir. “Karayel” havada 20 saat qala bilir, 70 kiloqram yük qaldıra bilir, 7 min metr hündürlüyə qalxa bilir.


“Kale Group” və “Baykar Makina” isə “Bayraktar” pilotsuz təyyarəsinin sınağını uğurla gerçəkləşdiriblər. Onun bütün detalları və proqram təminatı Türkiyədə istehsal edilib. Bu pilotsuz təyyarənin qanadının açılışı 11 metrdir və yük qaldırması İsrailin “Heron” pilotsuz təyyarəsindən 40 kiloqram artıqdır. /anspress/


Müəllif: