3 İyun 2014 23:34
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 həftə ərzində təhlükəsizlik təmin edilməzsə, ölkə büdcəsinə 27 milyon dollar ziyan dəyəcək.


Teleqraf.com bildirir ki, bu barədə məlumatı ABŞ və İngiltərə mediası yayıb. Hakerlər tərəfindən bank və digər maliyyə hesablarından pul çəkmək üçün hazırlanan virusa 15 min kompüterin yoluxma ehtimalı var.


İngiltərənin Milli Cinayət Agentliyinin yaydığı məlumata görə, yerli maliyyə təşkilatlarının kompüterlərinin təhlükəsizlik sistemini gücləndirməsi üçün 2 həftə vaxtlarının qaldığı deyilir.

Federal Təhqiqat Bürosunun (FTB) yaydığı məlumata görə, hazırda aprel ayından bəri yayılan virusun Rusiya və Ukraynadakı hakerlər tərəfindən yaradıldığı açıqlanır. FTB dünya üzrə 250 mindən artıq kompüterin həmin virusa yoluxmaq ehtimalının olmasını deyir.

“GameOver Zeus” adlanan virus xüsusi şifrələnmə proqramları vasitəsi ilə şifrələndiyi üçün virusu məhv etmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, FTB-nin məlumatına görə, 2011-ci ildə yayılmış oxşar virusa görə ABŞ-ın Pensilvaniya əyalətindəki maliyyə müəssisələrinə 824 min dollar ziyan dəymişdi.


Müəllif: