4 İyun 2014 13:22
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ələt qəsəbəsinin ərazisində qeydə alınıb. Abşeron rayon sakini Şahmar Ağayev idarə etdiyi “Nissan” markalı avtomobili yol ayırıcısına vurub.

Ş.Ağayevin sərnişini, atası Qafar Ağayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: