4 İyun 2014 17:01
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidenti Barak Obama Polşada çıxışı zamanı Amerika Birləşmiş Ştatlarının Avropadakı müttəfiqlərinin qorunmasının ABŞ-ın müqəddəs borcu olduğunu bildirib”.

Axar.az xəbər verir ki, bu informasiyanı Ermənistanın müxalifət qəzeti olan “Jamanak” yazıb.

Qəzet Ermənistanın müttəfiqlərinin onu çətin vəziyyətə saldığını vurğulayıb:

“Obamanın Avropa turu Polşa, Belçika və Fransa kimi ölkələri əhatə edəcək. Ən əhəmiyyətli səfər isə Parisə olacaq. Putin də həmin vaxt orda olacaq. Lakin Putinlə Obamanın Fransada görüşünün baş tutacağı hələlik məlum deyil. Əgər ABŞ Avropa müttəfiqlərini qorumağı özünün müqəddəs borcu hesab edirsə, Avrasiya İttifaqının müttəfiqləri də Ermənistanı vaxtaşırı olaraq alçaltmağı özünün müqəddəs borcu hesab edir. Ermənistanın beynəlxalq vəziyyəti mürəkkəbləşdikcə onun müttəfiqləri Ermənistanı çıxılmaz hala salır. Obamanın Avropa turundan Rusiyanın İrəvana hansı yeni zərbələr endirəcəyi bilinəcək”.


Müəllif: