4 İyun 2014 23:06
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyada bir dərədən 800 körpə cəsədi çıxarılıb.

Axar.az xəbər verir ki, 800 körpənin qeyri-qanuni əlaqələrdən dünyaya gəldiyi ortaya çıxıb.

800 körpə cəsədi İrlandiyada yarım əsr bundan əvvəl bağlanan monastrın yaxınlığından tapılıb.

Monastr 1925-ci ildən 1961-ci ilə qədər rahibələr tərəfindən idarə olunurdu. "Müqəddəs evlilik bağı" xaricində hamilə qalan qadınlar doğum etmək üçün monastra göndərilirdi. Daha sonra analar körpələrini monastra verirdi. Xəstəliyə məruz qalan uşaqlara heç bir yardım edilmirdi. Sağlam olan uşaqlar isə satılırdı.

"The Independent" qəzetinin verdiyi məlumata görə isə, Katolik kilsəsi 800 uşağın adının əbədiləşdirilməsi üçün abidə inşa edəcək./axar/


Müəllif: