4 İyun 2014 23:39
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan polisi ailənin razılığı olmadan ərə getmiş hamilə bacılarını daş-qalaq etmiş iki qardaşı həbs edib.

24 yaşlı Fərzanə Pərvin dörd aylıq hamilə olub. O, Lahorda məhkəmə binasının önündə ailə üzvləri tərəfindən daş-qalaq edilib.

Fərzanə Pərvinin atası da polisə təslim olub, amma daş-qalaqda iştirak edən digər qohumları azadlıqdadır. Əri Mohammed İqbal bildirib ki, polis qətlin qarşısını almaq üçün heç bir addım atmayıb./anspress/


Müəllif: